Feal sürüşme zonaları açıqlandı
24 Oktyabr 2013 Cümə Axşamı 11:42
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov mövsümlə bağlı sürüşmənin fəallaşdığını deyib.
"Şamaxı və Abşeron əsas fəal sürüşmə zonalarıdır". ANS PRESS-in verdiyi məlumata görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Abşeron yarımadasında antropogen və texnogen fəaliyyət nəticəsində sürüşmə zonalarının sayı çoxdur və onlar mövsümlə əlaqədar aktivləşir:
"Hər həftə nazirlik sürüşmə zonalarında vəziyyətlə bağlı bülleten hazırlayır. Həmin bülletendə sürüşmə zonalarındakı mövcud vəziyyət rayon icra hakimiyyəti başçılarına, Fövqəladə Hallar Nazirliyi və bu sahə ilə məşğul olan digər qurumlara təqdim olunur".
Onun sözlərinə görə, payız mövsümündə yağışlar çox olanda sürüşmə zonaları fəallaşır. Bu təbii prosesdir. "Bunların bir qismi texnogen, antropogen səbəblərlə bağlıdır. Biz hələ də axıra qədər təbiətin qaydalarını nəzərə almaqla işləməyə öyrəşməmişik. Buna görə də problemlərlə üz-üzə qalmalı olacağıq".
DOSTLARINLA PAYLAŞ: