Suraxanı rayon Məhkəməsində Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin mərkəzində yerləşən "Fatimeyi Zəhra (s.ə.)" məscidinin fəaliyyətinə dair Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası üzrə məhkəmə baxışı keçirilib. Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, hakim Zülfüqar Sadıqovun sədrlik etdiyi məhkəmə iddiaya aidiyyəti üzrə baxılması üçün işin 1 saylı Yerli İqtisad Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, "Fatimeyi Zəhra (s.ə.)" məscidi 2 aya yaxındır ki, təmir olunmaq üçün bağlanıb, lakin bu müddətdə məscidin nə daxilində, nə də xaricində hər hansı bir təmir-tikinti işləri aparılmayıb. Ötən həftənin cümə günü zöhr namazından qabaq isə Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi tərəfindən məscidin qapıları möhürlənib.
Anar Məmmədov /ANS PRESS/