Falçıya getməkdənsə, psixoloqa müraciət etsinlər
09 Yanvar 2010 Şənbə 16:30
Falçıya getməkdənsə, psixoloqa müraciət etsinlər. İlham Mirzəyev klinika açmağa hazırlaşır.
Psixologiya elmləri namizədi İlham Mirzəyev Azərbaycanda analoqu olmayan klinika açmağa hazırlaşır. Bu barədə məlumatı ANS PRESS-ə açıqlamasında ekstarsens özü verib.
"Mən uzun illərdir ki, bu sahədəyəm. Həmişə də insanlara məsləhət görmüşəm ki, savadlı psixoloqlara müraciət etsinlər, daha fırıldaqçı falçılara üz tutmaqla özlərini aldatmasınlar. Cadular, ev yıxmalar və yaxud kimisə boşatdırıb, kiminsə ərini əlindən almaq kimi səviyyəsiz işlərlə məşğul olan baxıcıların yanına getməyi məsləhət görmürəm", - deyən İlham Mirzəyev insanlara fırıldaqçıların toruna düşməməyi məsləhət görüb.
Ekstrasens bildirib ki, klinika açmaq istəyinin əsas səbəbi bir çox psixoloji yardıma ehtiyacı olan insanların falçılar tərəfindən aldadılmasıdır. "Falçılar evdə kofe ilə və müxtəlif preparatlarla camaatı aldadırlar. Mən onlara müraciət edən insanları da qınamıram. Ümid yerini falçılarda tapdıqlarını sanırlar",-deyə İlham Mirzəyev əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: