Əzizbəyov stansiyasının adı “Heydər Əliyev prospekti” olacaq
15 Aprel 2011 Cümə 07:10
Stansiya adlarının dəyişdirilməsi məsələsinə Milli Məclis yanında toponimiya komissiyasının iclasında baxılıb
Stansiya adlarının dəyişdirilməsi məsələsinə Bakı Metropolitenin müraciəti əsasında Milli Məclis yanında toponimiya komissiyasının iclasında baxılıb. Komissiyanın üzvü Musa Quliyev deyir ki, təklif olunan adlar arasında seçim aparılaraq müəyyən tövsiyələr verilib. Toponimiya komissiyası Əzizbəyov stansiyasına “Heydər Əliyev prospekti” adını tövsiyə edib. İnşaatçılar stansiyasının yeni adı isə “Yasamal” olacaq. Komissiya sədri Budaq Budaqovun Bakı metropoliteninə göndərdiyi yekun cavabda Ulduzun Şıxlinski, Biləcəri qəsəbəsinin avtovağzal ərazisində salınan yeni stansiyanın “Biləcəri qəsəbəsi”, həmin rayonda Axundov küçəsindəki stansiyanın Mehmandarov adlandırılması daha məqsədə uyğun sayılıb. Bakmil və Dərnəgül elektrik deposuna isə yeni adların seçilməsi tövsiyə olunub. Qeyd edək ki, bu barədə yekun qərarı Bakı şəhər icra hakimiyyəti verəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar