Əzizbəyov parkı yenidən sökülür
19 Fevral 2010 Cümə 18:45
Buna səbəb Əzizbəyov parkında döşənmiş metlaxın rəng və forma baxımdan uyğun olmamasıdır
Parlament prospektində yerləşən Əzizbəyov parkı kimi tanınan istirahət mərkəzində yenidən söküntü işlərinə başlanılıb. ANS PRESS-in məlumatına görə, bir neçə ay bundan əvvəl tam təmirdən çıxan parka döşənmiş metlax yenidən sökülür. Buna səbəb parkın keçmiş Əzizbəyov heykəli olan ərazisində inşa olunan fəvvarənin yerləşdiyi əraziyə döşənməsi nəzərdə tutulan metlaxların 5 ay əvvəl döşənən hazırkı metlaxlarla rəng və forma baxımdan uyğunluq təşkil etməməsidir. Bunu ANS PRESS-ə açıqlamasında tikinti işlərini həyata keçirən “Azimpot” şirkətinin briqadiri İqbal Əliyev deyib. Onun dediyinə görə, təmir-yenidənqurma işləri 10 gün müddətinə başa çatmalıdır.

Tikinti ARDNŞ-in fondundan ayrılan əlavə vəsait hesabına aparılır.

Xatırladaq ki, 1976-cı ildə memar Toyak Məmmədov tərəfindən ucaldılan Məşədi Əzizbəyovun heykəli ötən ilin aprel ayında götürülərək tikinti işlərinə başlanılıb. Rəsmilər restavrasiya olunduqdan sonra heykəlin yerinə qaytarılacağını deyib. Ancaq nə heykəl var, nə də bu barədə söhbət. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar