Əxlaqsızlıq yuvası aşkarlanıb
08 Sentyabr 2009 Çərşənbə Axşamı 22:00
Dəvəçidə rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb. 42 yaşlı Dəvəçi sakini cinayət məsuliyyətinə cəlb edilib.
Dəvəçidə rayonunda əxlaqsızlıq yuvası saxlamaqda, qadınları fahişəlik etməkdə təqsirləndirilən 42 yaşlı rayon sakini həbs edilib. Saxlanılan şəxs rayonun Hacıqaraqaşlı kəndində anadan olmuş, hazırda Dəvəçi rayonu Rəsul Rza 53-də yaşayan Rəhilə Şükürovadır.
O, sahibi olduğu kafedə əxlaqsız yuva saxlayırmış. Hüquq mühafizə orqanlarından verilən xəbərdarlıqlara baxmayaraq öz işində olan Şükürova nəhayət cinayət məsuliyyətinə cəlb edilib.
Dəvəçi rayon prokurorunun əvəzi İlham Kərimlinin sözlərinə görə, araşdırmalar zamanı saxlanılan 42 yaşlı qadının Dəvəçi rayon sakini İlham Məmmədova qarşı soyğunçuluq etməsi də müəyyən edilib.
Qeyd edək ki, təqsirli bilindiyi bu faktlara qədər Rəhilə Şükürova 2 dəfə xuliqanlıq, bir dəfə isə oğurluq etməsinə görə məhkum olunub.
Faktla bağlı Dəvəçi rayon polis şöbəsində Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvası saxlama və soyğunçuluq maddələri ilə cinayət işi başlanılıb. Məhz bu maddələrin tələblərinə uyğun olaraq Rəhilə Şükürovanın alacağı cəza məhkəmənin qərarından asılı olaraq ən azı 3, ən çoxu isə 6 il ola bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: