Ölkə

Evlərinin söküləcəyini eşidən sakinlər küçəyə töküldü

Etirazçılar Ziya Bunyadov prospektini bağlamağa cəhd ediblər

· Xəbərçi
Evlərinin söküləcəyini eşidən sakinlər küçəyə töküldü
Xutor qəsəbəsində evlərinin söküləcəyindən təşvişə düşən sakinlər etiraz aksiyası keçiriblər. ANS PRESS-in məlumatına görə, Nərimanov rayonu, Şimal ştilliyi küçəsinin sakinləri etiraz əlaməti olaraq Ziya Bunyadov prospektini bağlamağa cəhd ediblər.

Aksiya iştirakçılarının sözlərinə görə, onlara məxsus qanuni sənədi olan evlərinin sökülərək əvəzinə heç bir şərati olmayan ev təklif edirlər. Əsasən qaçqın və məcburi köçkünlərin yaşadığı həmin ərazidə yaşayanların tələbi söküləcək olan evlərinin müqabilində pul almaq, eyni zamanda həyətyanı sahələrinin də nəzərə alınmasıdır.

Nərimanov rayon Polis İdarəsinin rəis müavini Xanlar Qurbanov isə sakinlərin təşvişini yersiz hesab edib. Rəis müavinin sözlərinə görə, ərazidə heç bir söküntü işləri aparılmır və yaxın vaxtlarda da söküntünün aparılacağı gözlənilmir. ANSPRESS

Şərhlər