Evləri sökülən yar
30 Aprel 2013 Çərşənbə Axşamı 23:44
Evlərin sənədləşməsinin yubanmasından əziyyət çəkən əhali olsa da, itirən hökumətdir.
"O evlər qeydiyyata alınmalıdır. Ancaq sirr deyil ki, o evlər qeydiyyata alınan zaman əsassız tələblər də irəli sürülə bilər. Rüşvət, əsasız maraqlar ola bilər. Şəffaf mexanizm işlənib hazırlanmalıdır ki, burada biz korrupsiya və rüşvətxorluğu aradan götürə bilək. Yoxsa xoş niyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər". Bunu düz iki il əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakı və ətraf rayonların iqtisadı inkişafı ilə bağlı Bakı meriyasında keçirdiyi müşavirədə qeyri-qanuni tikililərin siyahıya alınması və sənədləşdirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıqlarını verərkən demişdi. Hətta bu problemin həlli ilə bağlı xüsusi komissiyanını yaradılması haqqında prezidentin sərəncamı da oldu.

Amma Prezidentin bu tapşırığının üstündən 2 ildən çox vaxt ötsə də, bu problem hələ də öz həllini tapmayıb. Statistik məlumatlara görə, təkcə Bakı və Abşeronda təxminən 100 minə yaxın sənədləri qaydasında olmayan tikili var. Onlardan 10 fazinin ümumiyyətlə sənədi yoxdu, 90 faizinin isə sənədləri tam qaydasında deyil. Ümumilikdə isə ölkə üzrə bu rəqəm 500 minə yaxındır. Yəni təxminən hər 10 ailədən ikisinin yaşadığı evin səndləşməsi tam başa çatdırılmadığından qeydiyyata düşə, yaşadığı ərazidən şəxsiyyət vəsiqəsi ala, lazım gələndə evini sata və ya girov qoyub bankdan vəsait götürə bilmirlər.

At yalı qəsəbəsi sakini Novruz Rüstəmov: "Sənədimiz yoxdu heç bir iş görə bilmirik. Sənədimiz olsa pul götürüb iş görərik".

Masazır sakini Məmmədov Əlizamin: "Prezidentin bu yönümdə verdiyi qərarlar, hamısı ürəyimizcədir, Lakin DƏK məmurlarının özbaşınalığı nəticəsində biz sənəd ala bilmirik".

Masazır sakini Səkinə Süleymanova: "Bir arayış lazım olanda döymədiyimiz qapı qalmır. Evə qeydiyyatım yoxdu. Seçkilərə gedirəm adımız olmur. Mən heç bir səsverə bilmirəm".

Ən çətin vəziyyətdə olanlar isə gənc ailələr və ya orta məktəb məzunlarıdır. Yeni doğulan uşaqların qeydiyyata düşməsi üçün ünvan tapılmır, poliklinkaya, məktəbə lazım olan sənədi təqidm edə bilmirlər. Məktəb məzunları isə şəxsiyyət vəsiqəsi ala bilmədiklərindən buraxılış imtahanlarında iştirakdan məhrum edilirlər.

Sulutəpə sakini Ramazanov Gülhəsən: "Uşağı bağçaya aparırsan deyir sənəd gətir burada qeydiyyatınız yoxdur. Məktəbə gedirsən yenə də həmçinin. Poliklinkaya gedirsən yenə sənəd istəyir. Balinsaya gedirik sənəd yoxdu deyə götürmürlər".

Sultəpə sakini, 11-ci sinif şagirdi Qasımova Şəlalə: "Şəxiyyat vəsiqəsi olmadan TQDK imtahanlara buraxmır. Bizim də evin sənədi yoxdu deyə qeydiyyata düşüb şəxsiyyət vəsiqəsi ala bilmirdim. Ona görə də məcbur olub Qobstan rayonunda qeydiyyata düşüb oradan şəxsiyyət vəsiqəsi aldım.

Əmlak məsələlri üzrə dövlət komitəsinin kadastr mərkəzinin direktoru Ramiz Quliyev isə deyir ki, ölkədə ünvanvermə sistemində yeni qaydaların ilin sonunadək tam tətbiqi 450 mindən çox sənədsiz evin ünvan problemini aradan qaldıracaq: "Hüquqi problemlərindən asılı olmayaraq bütün qeydiyyatsız daşnmaz əmlaklara ünvan veriləcək verilməlidirdir".

Amma bu o demək deyil ki, onların mülkiyyət hüququ bununla tanınacaq. Dövlət Əmlak Komitəsi isə hələ də evlərin sənədləşdirilməsinin onların səlahiyyətində olmadığını bəyan edir. İnsanlarsa səkəsəkə içərsindədirlər. Onlar bir gün yuxudan traktor gurultusunun səsinə oyanacaqları qorxusu ilə yaşayırlar.

At yalı sakini Tarverdiyev Babalar: "Evimizi süğortalamaq istəyirik. Kupçamız yoxdu ki gedək sığortalayaq. Mənim evim iki il əvvəl yandı. Müraciət etmədiyim yer qalmadı. Kömək eləmədilər ki, sənəd yoxdu".

Masazır sakini Kərimov Umut: "Şəhər ətrafında yaşayırıq. Tutaq ki, sabah hansısa milyoner zavod tikmək istədi. Mənimlə birlikdə oymağımda olan 10 evin yerləşdiyi ərazini aldı. 50 min manat verib ev tikmişəm, amma sənədi yoxdu. Səhər məni gəlib o evdən çıxarmağa haqlıdırlarmı ki, belə şey olar!?".

Bu suallara isə tezliklə cavab veriləcəyi inandırıcı görünmür. Abşeron rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Akif Əliyevin sözlərindən belə çıxır ki, bu proses hələ 10 illərlə davam edə bilər.

"Prezidentin göstərişindən sonra araşdırma aparılıb və Abşeronda 18 imn sənədsiz ev aşkarlanıb. Keçən il biz cəmi 1000 nəfərin sənədəini hazırlayıb vermişiksə, 18 min haqqında özünüz bilirsinizh ki nə deməkdi".

Evlərin sənədləşməsinin yubanmasından əziyyət çəkən isə əhali olsa da, itirən hökumətdir. Çünki bu elərin sənədləri qaydasında osla il ərzində təxminən 50 milon manata yaxın əmlak vergisi toplamaq olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar