Evakuasiya üçün“Qaynar xətt” yaradılıb
18 Mart 2011 Cümə 13:53
"156" nömrəsinə zəng edərək bu xidmətdən pulsuz istifadə edilmək olar
Respublika üzrə yol həkəkətindən yaranan texniki nasazlıqdan məcburi dayanmış, qəzalı vəziyyətdən müvafiq arayışları olan, idarə edilməyən təzə avtomobillərin operativ, dəqiq, təhlükəsiz və ən əsası zəmanətlə evakuasiya edilməsi üçün 24 saat aktiv olan “Qaynar xətt” fəaliyyətə başlayıb. Bu barədə Bakə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytnantı Vaqif Əsədov ANS PRESS-ə məlumat verib.
Onun sözlərinə görə, mərkəzləşdirilmiş formada yaradılan evakuasiya xidmətinin "156" saylı nömrəsinə istənilən şəhər və ya mobil telefonla pulsuz olaraq müraciət etmək olar.
Bunun üçün 120-dən artıq yeni müasir texniki standartlara cavab verən evakuator maşınları alınıb. Evakuasiya avtomobilləri istənilən çəkidə olan nəqliyyat vasitələrini, hətta yüklərin daşınmasında belə daha tez, daha sərfəli göstərilən ünvana evakuasiyasını təmin edir. Bunun üçün sadəcə göstərilən telefona zəng edib məlumat vermək kifayətdir.
Xidmətə respublikanın bütün bölgələrinən zəng etmək mümkündür.
DOSTLARINLA PAYLAŞ: