:"“Eurovision” üçün Azərbaycanda yeni konsert kompleksi tikilə bilər"
19 May 2011 Cümə Axşamı 13:17
Müsabiqənin Azərbaycanda keçirilməsi yeri ilə bağlı hazırda üç məsələ gündəmdir
“Eurovision” müsabiqəsinin keçirilməsi üçün yeni konsert kompleksi tikilə bilər. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, 2012-ci ildə “Eurovison”un Azərbaycanda keçirilməsi yeri ilə bağlı hazırda üç məsələ gündəmdədir: “Bunlardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksi ilə bağlıdır. Kompleksdə təmir işlər aparılıb. Orada 7800 oturacaq var, 1000-ə yaxın da artırmaq olar”.

Nazirin sözlərinə görə, ikinci variant Tofiq Bəhramov adına Respublika Stadionudur: “Mahnı müsabiqəsi burada da keçirilə bilər. Amma ən əsas və maraqlısı yeni layihədir. Bakının ən gözəl, mənzərəli yerlərindən birində, məsələn, Dənizkənarı Parkda və ya Bayraq Meydanında yeni, böyük konsert kompleksi tikmək olar”.

A. Rəhimov qeyd edib ki, kompleksin tikintisi modul sistemlə həyata keçirilsə, işləri “Eurovison-2012”-dək başa çatdırmaq olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar