ETSN bir günə 4000 ağac əkib
16 Aprel 2011 Şənbə 16:10
Hüseynqulu Bağırov jurnalistlərə sertifikatlar təqdim edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu gün Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib. İməcilikdə ekologiya və təbii sərvətlər naziri H.Bağırov başda olmaqla nazirliyin əməkdaşları, media nümayəndələri, o cümlədən ETSN-nin nəzdində yaradılmış “Jurnalistlərin ekologiya məktəbi”nin məzunları da iştirak edib. İməcilikdə 5 hektar sahədə 4000 ədəd sərv ağacı əkilib.

Tədbirin sonunda məktəbi bitirən jurnalistlərə H.Bağırov tərəfindən sertifikatlar təqdim olunub.

Xatırladaq ki, “Jurnalistlərin ekologiya məktəbi” 2010-cu ilin avqust ayında ETSN-nin nəzdində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər sahələrdə jurnalistlərin bilik və məlumatlılıqlarının artırılması məqsədilə yaradılıb.

Ağacəkmə ilə bağlı iməciliklər respublikanın bütün meşə təsərrüfatlarında, həmçinin Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarında da keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar