Əsirlikdə olmuş əsgərin apellyasiya şikayəti təmin edilməyib
07 Avqust 2009 Cümə 23:40
20 yaşlı Vüsal Heybətov 11 il müddətinə azadlıqdan məhrum edilib

 

Bu gün Şirvan Apellyasiya Məhkəməsində Milli Ordunun keçmiş sıravi əsgəri 20 yaşlı Vüsal Heybətovun apellyasiya şikayətinə baxılıb və şikayət təmin edilməyib.

Vüsal Heybətova qarşı irəli sürülmüş ittihama görə, o, ötən ilin aprel ayında erməni hərbçilərinə əsir düşdükdən sonra erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlət sirlərini düşmənə verib. Buna görə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə əsgəri dövlətə xəyanətdə təqsirləndirərək 11 il müddətinə azadlıqdan məhrum edib.

Vüsal Heybətov hökmdən narazı qalaraq apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə şikayəti əssasız hesab edib.

Esmira Cavadova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar