Əsirlikdə olan əsgər ailəsinə məktub göndərib
15 Aprel 2009 Çərşənbə 14:45
Dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları ötən il oktyabrın 8-də erməni hərbi birləşmələri tərəfindən əsir götürülən Azərbaycan ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənova baş çəkiblər.
Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva məlumat verib. Onun sözlərinə görə, R. Həsənovun saxlanma şəraitinin monitorinqi aparılıb. Bu gün isə əsirin ailəsinə görüşlə bağlı məlumat verilib və R. Həsənovun adından yazılan məktub ailəsinə təhvil verilib. Bu, artıq BQXK təmsilçilərinin əsirlə səkkizinci görüşüdür.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar