Ermənistanda əsirlikdə olan Rafiq Həsənov ailəsinə məktub göndərib. Əsirin atası Rəhman Həsənov ANS-ə bildirib ki, məktubun məzmunu çox qısa olub. Əsir atasından məktub aldığına görə şad olduğunu yazıb və qardaşını oğlu olması münasibətilə təbrik edib.
Xatırladaq ki, Rafiq Həsənov ötən il oktyabrın 8-də erməni hərbi birləşmələri tərəfindən naməlum şəraitdə əsir götürülüb. /ANS TV/