Ərzaq qiymət 0,7 faiz ucuzlaşıb
04 May 2011 Çərşənbə 17:13
Qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.
Bu ilin aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 0,7 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb.

Ötən ay ərzaq məhsullarından düyünün, qarabaşaq yarmasının, çörəyin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, bananın, armudun, göyərtinin, xiyarın, pomidorun, çuğundurun, sarımsağın, soğanın, kartofun qiyməti ucuzlaşıb. Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub ki, bu əsasən manna yarmasının, mal və qoyun ətinin, toyuq budunun, pasterizə və sterilizə olunmuş üzlü südün, xamanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, heyvanın, narın, şabalıdın, kələmin, kökün qiymətlərində qeydə alınıb.

Aprel ayında qeyri-ərzaq mallarından yağlı boyaların, parket üçün lakın, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, ağac yonqar və lifli lövhələrin, parket və laminat parketin, kərpicin, mətbəx, yataq və qonaq otaqları üçün mebel dəstləri mallarının qiymətlərində bahalaşma, isti geyim və ayaqqabıların, nitro və sulu boyaların, sementin, soyuducuların, paltaryuyan maşınların, qaz plitəsinin, kondisionerlərin, tozsoranların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar