"Ermənistan Azərbaycanın əldə etdiyi silahlardan qorxuya düşüb"
17 Avqust 2011 Çərşənbə 15:40
Bu sözləri Azərbaycanın Müdafi Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib
Özünü qondarma Dağlıq Qarabağ rejiminin müdafiə naziri kimi təqdim edən Movses Akopyan müharibə başlayacağı halda yenə qalib gələcəklərini deyib. Qondarma nazirin dediklərinə Azərbaycanın Müdafiə Nazirliyi şərh edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ANS-ə açıqlamasında bu tip bəyanatların əsassiz və daxili həyəcanı sakitləşdirməyə yönəldiyini bildirib: “Onlar mütəmadi bu cür çıxışlar edirlər. Özləri də vəziyyətin tamam başqa şəkildə olduğunu anlamamış deyillər. Ona görə də belə boş-boş çıxışlarla sadəcə olaraq ölkədaxili həyəcanı boğmağa, yüngülləşdirməyə çalışırlar".

E. Sabiroğlunun sözlərinə görə, iİndi həm Ermənistanın özündə, həm də işğal olunan ərazilərdəki hərbi hissələrdə baş verən ciddi çatışmazlıqlar əhali arasında ciddi narahatçılığa səbəb olur və bu uzun müddətdir davam edir.

"Ermənistan rəhbərliyini narahat edən də budur, necə etsin ki, bu burulğandan çıxsın? Onların informasiya mənbələrinə diqqət etsəniz, bunları özünüz də görə bilərsiniz. Onlar çox narahatdırlar. Azərbaycan Ordusunun inkişafından, əldə etdiyi yeni silahlardan, qorxuya düşüblər”. deyə E. Sabiroğlu əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar