Ölkə

Ermənilərin Naxçıvana qayıtmaq planı

Ermənistanın “Naxçıvan” adlı təşkilatı növbəti sərsəm bəyanatla çıxış edib

· Xəbərçi
Ermənilərin Naxçıvana qayıtmaq planı
Ermənilər hələ də öz xülyalarından əl çəkmirlər. Mənfur qonşularımız Naxçıvana qayıdıb yaşamaq arzularını ara-sıra utanmadan səsləndirirlər. Bu gün Ermənistanın “Naxçıvan” adlı ictimai birliyinin sədri Mels Mkrtçyan növbəti sərsəm bəyanatla çıxış edib. ANS PRESS-in “Tert.am”a istinadən verdiyi xəbərə görə, o bildirib ki, birliyin əsas məqsədi itirilmiş torpaqların geri qaytarılmasıdır.

Mkrtçyanın fikrincə, Naxçıvanla bağlı siyasət “olduqca yumşaq” aparılır. Onun sözlərinə görə, "erməni xalqı öz tarixi vətəninə qayıdacaqlarına ümid edir".

“Azərbaycan öz qaçqınlarının geri qaytarılması barədə məsələ qaldırdıqda, biz də bunun müqabilində Azərbaycandan qaçqın düşən ermənilərin məsələsini qaldırmalıyıq”, - deyə birlik rəhbəri qeyd edib.

Şərhlər