Ermənilər Azərbaycanın Gədəbəy rayon sakinini tutublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə dünən saat 14.00 radələrində baş verib.
Gədəbəy rayonundakı "Ağdaş" adlanan ərazidə Qaravəllər kənd sakini İsrafil Həsənov kənd sakinlərinə məxsus 200 baş qoyunu otararkən erməni millətindən olan 2 nəfər onu ov tüfəngi ilə hədələyərək qoyunlarla birgə Ermənistan istiqamətində aparıblar. Sonradan ermənilər İ. Həsənovu buraxıb, qoyunları isə aparıblar. Faktla bağlı araşdırmalar aparılır.
APA