Ermənistan silahlı qüvvələrinin bölmələri martın 13-də saat 17.50-dən 18.00-dək və 20.00-dan 20.10-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.55-dən 23.45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Horadiz kəndləri yaxıqlığında yerləşən mövqelərdən; martın 14-də saat 05.45-dən 05.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur. /ANSPRESS/