Erməni işğalı zamanı dağıdılmış evlər bərpa edilir
    02 Aprel 2014 Çərşənbə 06:24
    Bu məqsədlə prezidentin ehtiyat fondundan 6 milyon manat ayrılıb.
    
                	 
    
         Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış evlər Prezident İlham Əliyevin 2013-cü il 27 iyun tarixli Sərəncamına uyğun olaraq bərpa edilir. 
Sərəncama əsasən, 227 fərdi evin və 3 çoxmənzilli binanın bərpası məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6 milyon manat ayrılıb.
Füzuli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, evlərin bəzisi bərpa edilir, tamamilə dağıdılmış evlər isə yenidən tikilir. 
Artıq 219 evdə bərpa işləri başa çatdırılıb, onlardan 172-si sahiblərinə verilibdir.
Hazırda 8 evin bərpası, 3 kommunal binanın tikintisi davam edir.
DOSTLARINLA PAYLAŞ: