Aprelin 16-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQKX) Xankəndindəki ofisinin nümayəndələri erməni əsirliyindəki azərbaycanlı əsgər Anar Xanbaba oğlu Hacıyevlə görüşüblər. Bu barədə ANS PRESS-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva məlumat verib. Əsgər komitə nümayəndələrinə ailəsinə yazdığı məktubu təqdim edib. Məktub bu gün əsgərin ailəsinə çatdırılıb. Bu Anar Hacıyevin əsirlikdə olduğu müddətdə ailəsinə yazdığı ikinci məktubdur.
Əsirin anası Nailə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, məktubun mətni aşağıdakı kimidir.“Salam ay mama, narahat olmayın. Məndə hər şey yaxşıdır. Elçinə kimin qızını almısınız?”.
Qeyd edək ki, Elçin Anar Hacıyevin böyük qardaşıdır.
Xatırladaq ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev 20.07.2008-ci il tarixdə Goranboy Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Füzulidəki N saylı hərbi hissədə arxa cəbhədə qulluq edərkən bu il mayın 10-da səhər saatlarında naməlum şəraitdə erməni hərbçilərinə əsir düşüb./ANS PRESS/