Ərəb Dövlətləri Liqası Azərbaycana təşəkkür edib
27 Avqust 2011 Şənbə 16:34
Qurumun baş katibi Somaliyə edilmiş yardımla əlaqədar hökumətə məktub ünvanlayıb
Ərəb Dövlətləri Liqasının Baş katibi Nabil əl-Ərəbi Somalidə yaşanan humanitar böhranın qarşısının alınması üçün Azərbaycan Respublikası tərəfindən ayrılmış 100 000 ABŞ dolları məbləğində yardıma görə Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarova təşəkkür məktubu ünvanlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, məktubda Somalidəki müsəlman bacı-qardaşların çəkdikləri iztirabların yüngülləşdirilməsi üçün çevik və səxavətli maliyyə tövhəsinə görə Azərbaycan Respublikası hökumətinə dərin minnətdarlıq bildirilir və bu addımın Ərəb dünyası ilə Azərbaycan Respublikasını bağlayan tarixi əlaqələrin danılmaz təzahürü olduğunu qeyd edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar