Ən passiv seçki dairəsi Bakıda qeydə alınıb
09 Oktyabr 2013 Çərşənbə 22:41
Regionlarda isə seçicilərin ən zəif qatıldığı dairə 65,01% iştirak qeydə alınmış 40 saylı Kəpəz seçki dairəsidir.
Azərbaycan üzrə ən passiv seçki dairəsi Bakıda qeydə alınıb. ANS PRESS-in məlumatına görə, bu seçicilərin 61,16 % nin iştirak etdiyi 15 saylı Yasamal seçki dairəsidir.
Bakıda ən aktiv seçki dairəsi isə seçilərin 80% nin iştirak etdiyi 10 saylı Binəqədi seçki dairəsidir. Regionlarda isə seçicilərin ən zəif qatıldığı dairə 65,01% iştirak qeydə alınmış 40 saylı Kəpəz seçki dairəsidir.
Xatırladaq ki, ölkə üzrə ən aktiv seçki dairəsi 83% iştirakçını qeydə alındığı 1 saylı Şərur-Sədərək seçki dairəsi olub.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb. Saat 19:00-a olan nəticəyə görə, 3 720 643 seçici səs verib. Bu da ümumi seçicilərin 72,31 faizidir. Ölkə üzrə seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir
DOSTLARINLA PAYLAŞ: