En çox qeza töreden maşınlar hansıdır?
13 Fevral 2014 Cümə Axşamı 14:27
En intizamsız sürücülerin idare etdiyi avtomobillerin ekseriyyeti Almaniya istehsalı olan "Mercedes" ve Rusiya istehsalı olan "VAZ" avtomobilleridir.
Azerbaycanda en intizamsız sürücülerin idare etdiyi avtomobillerin ekseriyyeti Almaniya istehsalı olan "Mercedes" ve Rusiya istehsalı olan "VAZ" avtomobilleridir.
Bu barede fins.az-a İcbari Sığortalar Bürosundan bildirilib. Büronun melumatına göre, 2014-cü ilin yanvar ayının 15-den etibaren ölkede 7635 avtomobil sahibinin Bonus-Malus sinfi aşağı salınıb hemin şexsler üçün sığorta haqqı artırılacaq. Bu avtomobillerin yarıdan çoxu mehz adı çekilen markaların payına düşür.
Bele ki, en intizamsız sürücü kateqoriyasına (sığorta haqqının 3 defe artıq olduğu) aid edilen 22 sürücüden 10-u "Mersedes", 4-ü "VAZ", 2-si ise "Şevrolet" avtomobili idare edir.
2-ci sinife (sığorta haqları 2,45 defe artacaq) aid edilen 45 sürücüden ise 12-si "Mersedes", 10-u "VAZ" avtomobilinin sahibidir.
3-cü sinife aid edilmiş 192 avtomobil sahibinden ise 84-ü "VAZ" ve "Mersedes" sürücüsüdür.
4-cü sinife aid edilen 2413 avtomobil sahiblerinden (onların sığorta haqqı 60% artacaq) yarıdan çoxu adı çekilen markaların payına düşür - 838 nefer "VAZ", 469 nefer "Mersedes" sürücüsüdür.
Nehayet 5-ci Bonus-Malus sinifine aid edilen (sığorta haqqı 25% artacaq) 4963 avtomobil sahiblerinden 1311-i "Mersedes", 927-si ise "VAZ" sürücüleridir.
DOSTLARINLA PAYLAŞ: