Emin Milli və Adnan Hacızadə apellyasiya məhkəməsinin vaxtı müəyyənləşib
09 Dekabr 2009 Çərşənbə 14:40
Bloqgerlər Emin Milli və Adnan Hacızadə apellyasiya şikayətinə baxılacaq tarix müəyyənləşib.
Bu barədə APA-ya Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.
Məlumatda bildirilir ki, Səbail rayon Məhkəməsinin Emin Milli və Adnan Hacızadə barəsində hökmündən verilmiş apelyasiya şikayəti artıq Bakı Apellyasiya Məhkəməsinə daxil olub və iş baxılması üçün hakim Qail Məmmədovun icraatına verilib. Apellyasiya şikayətinə dekabrın 22-də baxılacaq.
Qeyd edək ki, gənc bloqgerlər Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər. Səbail rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: