Əməkdar artist Səlim Abbasov şəhidlərin ailələrinə səbr dilədi
01 Avqust 2014 Cümə 18:09
Səlim Abbasov: Torpaqlarımız uğrunda canından keçən şəhid əsgərlərimizə Allah rəhmət eləsin!
Azərbaycanın əməkdar artisti Səlim Abbasov bu gecə cəbhə bölgəsində şəhid olan 9 əsgərlərimizlə bağlı başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, skripka ifaçısı sosial şəbəkədə vətən uğrunda vəfat edən əsgərlərin adlarını qeyd edərək ailə üzvlərinə başsağlığı verib. S. Abbasov şəhidlərə rəhmət diləyən sənətçilərin sırasına qatılıb: "Allah rəhmət eləsin! Torpaqlarımız uğrunda canından keçən şəhid əsgərlərimizə. Tanrı xalqımıza və şəhidlərin ailə üzvlərinə səbr versin", - sözlərini qeyd edib.

Bu gecə düşmən atəşinə məruz qalaraq həyatlarını cavan yaşlarında itirən əsgərlərimizin siyahısını sizə təqdim edirik:
Almazov İsa, Əsgərov Elvin, Rəhimov Əli, Məmmədov Səftər, Əhmədov Qaryağdı, İbrahimov Elnur, Abdinov Hüseyn, Əlicoşqunov Mustafa, Poladov Vüqar.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar