Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklif irəli sürüb
26 Aprel 2011 Çərşənbə Axşamı 22:08
Söhbət qeyri-formal əməyə qarşı şuranın yaradılmasından gedir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyri-formal əməyə qarşı şura yaratmağı təklif edir. Nazir Füzuli Ələkbərov deyir ki, məqsəd iş götürənlə işçi arasında əmək müqaviləsini rəsmiləşdirməkdir. Onun sözlərinə görə, qeyri-formal məşqulluq gətirib ona çıxarır ki, nəinki əmək hüquqları pozulur, hətta bəzən əmək hüquqları sıfıra enir: “Bəzən insanlar əmək müqaviləsi olmadan işlə məşğul olurlar və kifayət qədər zərbə altında qalırlar”.

Nazirin fikrincə, tək hökumət bu məsələni həll edə bilməz. F. Ələkbərovun sözlərinə görə, yeni bir şuranın yaradılması ilə bağlı təklif irəli sürəcəklər: “Bu şuraya bizim sosial tərəfdaşlar daxil ediləcək. Eyni zamanda, aparıcı işə götürən təşkilatlar böyük müəsissələr daxil olmaqla, birgə fəaliyyət planımızı müzakirə edərək bu problemin həllinə çalışacağıq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar