Ölkə

Əmək Müfəttişliyi idarə və müəssisələrə xəbərdarlıq etdi

Temperatur 41 dərəcədən yuxarı olduğu halda açıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırılmalıdır.

· Xəbərçi
Əmək Müfəttişliyi idarə və müəssisələrə xəbərdarlıq etdi
Əmək Müfəttişliyi isti hava şəraiti ilə əlaqədar idarə və müəssisələrə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, temperatur 41 dərəcədən yuxarı olduğu halda açıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırılmalı, yaxud işçilərin sərinləməsi ücün fasilələr verməlidirlər. Əks təqdirdə işçilərin əməyinin mühafizəsi qaydalarını pozan işəgötürənləri 1000 manatdan 2000 manata qədər cərimə gözləyir.

Qeyd edək ki, Əmək Müfəttişliyi hazırda bütün regionlar, xüsusən, Aran zonası üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün xüsusi qruplar yaradıb. ANSPRESS

Şərhlər