Elnare Tofiqqızının ölümüne göre baş hekimi işden çıxartdılar
04 Dekabr 2013 Çərşənbə 11:48
Semed Vekilov: Abbas Bağırovun vezifesinden istefa vermesi mesuliyyetden qurtarması anlamı daşımır.
Tenqidçi Elnare Tofiqqızının emeliyyata hazırlıq zamanı dünyasını deyişdiyi “MediSina” klinikasının baş hekimi Abbas Bağırov işden çıxıb. Melumatı zererçekenin hüquqlarını müdafie eden Semed Vekilov yayıb. Onun sözlerine göre, Müvekkil Hüquq Merkezinde aparılan müsteqil tehqiqat klinikaya sorğu göndererken artıq Abbas Bağırovun orada işlemediyi müeyyenleşib: “Ancaq onun vezifesinden istefa vermesi mesuliyyetden qurtarması anlamı daşımır”.
Semed Vekilov istintaqa ilk vesatetlerini teqdim etdiyini de vurğulayıb: “İş materialları ile artıq tanışam ve bir qrup şexsin dindirilmesi ile bağlı Nesimi rayon Prokurorluğunda yaradılan istintaq qrupunun rehberi elekber Rzayeve vesatet teqdim etmişem. Hesab edirem ki, istintaqın obyektiv aparılmasında hemin şexslerin dindirilmesi mühüm ehemiyyet kesb edir”.
Elnare Tofiqqızı bu il sentyabrın 20-de “MediSina” Tibb Merkezinde emeliyyat zamanı vefat edib. Yaxınları onun hekim sehlenkarlığı ve mesuliyyetsizliyinin qurbanı olduğunu deyirler. Sentyabrın 25-de Nesimi rayon Prokurorluğunda faktla bağlı cinayet işi qaldırılıb.
DOSTLARINLA PAYLAŞ: