Elmira Axundova Heydər Əliyev şəxsiyyət və zaman kitabı
09 May 2014 Cümə 22:22
Elmira Axundova Heydər Əliyev haqqında Heydər Əliyev şəxsiyyət və zaman çoxcildli əsəri müsabiqənin ədəbiyyat üzrə favoriti kimi qiymətləndirilir.
Sabah Heydər Əliyevin doğum günüdür.

ANS TV-nin məlumatına görə, dahi siyasətçi ilə bağlı ölkədə müxtəlif tədbirlər keçirlir. Kimisi onun siyasi yoluna nəzər salır, kimisi isə gələcək nəslə örnək olmaq üçün Heydər Əliyev irsini araşdırır.

Nazirlər Kabineti nəzdində 2010-cu ildə Prezidentin müvafiq fərmanı ilə yaradılan Dövlət Mükafatları Komissiyası dövlət mükafatına təqdim olunan işlərin siyahısını açıqlayıb.

Azərbaycanda bu mükafat xüsusilə elm, texnika, mədəniyyət, memarlıq və ədəbiyat üzrə verilir. Maraqlıdır ki, bu il elm sahəsi üzrə 15, mədəniyyət üzrə 5 iş təqdim olunsa da, ədəbiyyat üzrə yeganə nominant millət vəkili Elmira Axundovadır. Onun Heydər Əliyev haqıqnda yazdığı "Heydər Əliyev şəxsiyyət və zaman" çoxcildli əsəri müsabiqənin ədəbiyyat üzrə favoriti kimi qiymətləndirilir.

Heydər Əliyev haqqında kitabın müəllifi Elmira Axundova deyir ki, başqa bir namizədin olacağını təsəvvür edə bilmir: "Çünki 7 cildlık roman bizim ömrümüzdə olmayıb. Bu səviyyədə, bu masştabda roman Azərbaycan ədəbiyyatında olmayıb. Bu, maraqlı bir şeydir. İndi kimsə həm Azərbaycan, həm də rus dilində belə kitab üzə çıxara bilməz".

Onu Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq Heydər Əliyevin bədii obrazını yaradan müəllif kimi də tanıyırlar. Hələ 1990-cı ilin əvvəllərində Elmira xanım “Naşirin qətli” və “Şüşə saray” romanları ilə tanınıb və bu əsərlərində də Heydər Əliyevin bədii obrazını canlandırıb. Özünün də etirafına görə, yazmaq üçün xeyir duanı da məhz Heydər Əliyevin özündən alıb.

Xatırladaq ki, Dövlət Mükafatları Komissiyası qaliblərin adını mayın 28-də Respubika Günü ərəfəsində açıqlayır. Mükafat iki ildən bir verilir və məbləği 30 min manatdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar