“Elmdə plagiatlıq olsa da, qarşısı alınır”
04 May 2011 Çərşənbə 11:44
“Azərbaycanda elmə marağın artması müsbət haldır.


Bakı. Pərvin Abbasov – APA. “Azərbaycanda elmə marağın artması müsbət haldır. Elmi ad almaq və elmi fəaliyyətlə məşğul olmaq istəyənlərin sayı xeyli çoxalıb. Son vaxtlar Azərbaycanda elmin inkişafı istiqamətində ciddi addımların atılması gənclərin elmə marağını daha da gücləndirəcək”. APA-nın xəbərinə görə, bu sözləri YAP-ın rəsmi saytına açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib.
A. Məhərrəmov bildirib ki, elmdə plagiatlıq olsa da, onun qarşısı alınır. Belə halların həmişə olduğunu söyləyən rektorun qeyd edib ki, buna qarşı daim mübarizə aparılıb: “Mən əminəm ki, son zamanlar həyata keçirilən tədbirlər bu sahədə xeyli yenilikləri ortaya çıxaracaq. Hər kəs elmi adı öz zəhməti, alın təri ilə qazanmalıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar