Bu gün Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Azərbaycana işgüzar səfərə gəlib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, artıq Elmar Məmmədyarov ukraynalı həmkarını qəbul edib.
Görüş zamanı Ukrayna prezidentinin Azərbaycana sonuncu səfəri zamanı tərəflər arasında əldə olunmuş razılıqların həyata keçirilməsi, iqtisadi və enerji sahələrində, eyni zamanda GUAM çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb
Görüşdə iqtisadi və enerji sahələrində, eyni zamanda GUAM çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb




Şərhlər