Elman Türkoğlu məhkəməyə müraciət etdi
01 Mart 2014 Şənbə 05:11
Bayraqdar barəsində şayiə yaydıqlarını iddia etdiyi Əli Kərimli, Natiq Ədilov və Xədicə İsmayılovanı məhkəməyə verir.
Bu gün bayraqdar Elman Türkoğlu MTN -ə müraciət edib. Bu barədə “Qafqazinfo”ya məlumat verən bayraqdar bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinə saxta sənədlə bağlı şəxsən müraciət edib. "Orada mənə dedilər ki, həmin "sənəd"də olan möhürün Milli Təhlükəsizlik nazirliyinə heç bir aidiyyəti yoxdur”.

Elman Türkoğlu deyib ki, yaxın günlərdə onun haqqında şaiyə yayan adamları məhkəməyə verəcək:

“Mənim haqqımda bu şaiyəni yayan adamlar Əli Kərimli, Natiq Ədilov və Xədicə İsmayılovadır . Onlar bu şaiyənin yayılmasında "Azadlıq" qəzetindən də istifadə ediblər. Ona görə də bu adamları və "Azadlıq" qəzetini məhkəməyə verəcəyəm. Mən Milli Azadlıq Hərəkatı başlayan gündən, xalqımızın azadlığı üçün mücadilə aparmışam. Həmin şəxslərdən öndə olmuşam. Mənim apardığım mücadilədə heç bir təmənnam olmayıb. Ona görədir ki, məndən sonra siyasi meydana çıxanların böyük əksəriyyətinin bahalı evləri, bahalı maşınları, şəxsi mühafizəçiləri olduğu halda mən hələ də yataqxanada yaşayıram”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar