Elli jurnalının 6 yaşı oldu
10 Oktyabr 2009 Şənbə 18:15
Düz 6 il bundan öncə oktyabr ayında Elli jurnalının ilk nömrəsi çapdan çıxıb
Düz 6 il bundan öncə oktyabr ayında “Elli jurnalının ilk nömrəsi çapdan çıxıb. Düz 6 il bunlan qabaq “ELLİ” balaları sevindirib və o gündən bu günədək hər ay “ELLİ” balaları sevindirir, əyləndirir, öyrədir, müsabiqə qaliblərini təltif edir, təbrik edir.

Oxucularının sayı günü-gündən artan jurnal artıq uşaqlarımızın sevimlisinə çevrilib. Elə bu səbəbdən də “ELLİ”nin tirajı durmadan artır.

İllik yubiley bayramını bu gün - oktyabırın 10-da “Meriğraun” kafesində qeyd edən “ELLİ” öz oxucularını və “Bala Dili” oxucularını başına yığıb gözəl bir görüş təşkil etmişdi. Musiqili və əyləncəli görüşdə uşaqlar şənləndilər, sevindilər, hədiyyələr aldılar. Hər iki jurnalın müsabiqələrində iştirak etmiş və qalib olmuş balalar VMF şirkətindən hədiyyələrlə təltif olundular.

Avqust ayında milli qəhrəman Çingiz Mustafayevin doğum gününə həsr olunmuş “Vətən sağ olsun” müsabiqəsində qalib gəlmiş oxucular isə VMF şirkətinin “Flik-Flək” saatları ilə mükafatlandırıldılar.

Tədbirdə gənc müğənnilərdən Ayan, Sevda Yəhyayeva, Xəyalə Manaflı, “Can bala” uşaq qrupu, “Səma” rəqs qrupu və Şərifzadə adına mədəniyyət evinin “Şəms” qrupu, bakılı Maykl Cekson çox maraqlı və yadda qalan nömrələrlə çıxış etdilər.

Yazıçı Gülzar İbrahimova uşaqlara öz şeirlərini oxuyb, Kəmalə Quliyeva isə ANS PRESS rəhbərliyi və VMF şirkəti adından oxucuları təbrik edib.

Altı yaşın mübarək “ELLİ”! “El”imiz bəxtiyar, “ELLİ”lərimiz bəxtiyar olsunlar! Gün o gün olsun 60 yaşını qeyd edəsən!

Gülzar İbrahimovaANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar