Milli təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyev Baş prokuror Zakir Qaralov əmrilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Bu barədə ANS PRESS-ə Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Qeyd edək ki, Ə. Nağıyev Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilmişdi.
Əli Nağıyev yeni təyinat olub
Bununla bağlı Baş prokuror Zakir Qaralov əmr verib




Şərhlər