Əli İnsanov niyə əfv olunmaq istəmir?
19 Mart 2014 Çərşənbə 16:30
Əli İnsanov əfv olunmaqla bağlı müraciət yazmayıb və yazmayacağını da deyir.
Sabiq səhiyyə naziri Əli İnsanovun əfv olunmaqla bağlı prezidentə müraciət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib. Əli İnsanovun vəkili Toğrul Babayev ANS PRESS-ə açıqlamasında sabiq səhiyyə nazirinin əfv olunmaqla bağlı müraciət yazmadığını deyib: “İndi Əli İnsanovun yanından gəlirəm. O əfv olunmaqla bağlı müraciət yazmayıb və yazmayacağını da deyir. Onun əfvlə bağlı müraciət yazdığı barəsində yayılan məlumatlar yalandır”.

Qeyd edək ki, Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişi ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar