Əli İnsanov: Mən boğuluram
21 Fevral 2014 Cümə 14:14
Şüşə arxasında saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov saxlanma şəraitindən şikayət edib.
Bu gün keçmiş səhiyyə naziri Əli İnsanovun işi üzrə Bakı Apelyasiya Məhkəməsində növbəti proses keçirilib. ANS PRESS-in məhkəmədə olan əməkdaşının verdiyi məlumata görə, keçmiş nazir məhkəmədə şüşə kabində otuzdurulub.
Əli İnsanov aparılan məhkəmə iclası zamanı saxlanma yerindən şikayətlənib. O, iclas zamanı onun saxlandığı şüşə kabinada hava olmadığını və nəfəs ala bilmədiyini söyləyib: “Bura tüstü vurulur. Burada mənşəyi məlum olmayan qazlar. Mən boğuluram”.
Hakim Qədim Babayev isə sabiq nazirə cavabında havanın təmiz olduğunu söyləyib: “Bura kondisioner havası vurulur. Hava çox təmizdir Əli İnsanov”. Hakimin bu cavabına eks nazir kinayə ilə yanaşıb. “Hörmətli hakim yaxşı, burada dağ havası var. Əsil dağ havasıdır. Keçmək mümkün deyil”.
Daha sonra Əli İnsanovun vəkilləri Ağaveys Şahverdi və Toğrul Babayev onun şüşə kabinədən çıxarılaraq vəkillərinin yanında oturması barədə vəsatət qaldırıblar. Lakin vəkillərin bu tələbi qəbul edilməyib.
DOSTLARINLA PAYLAŞ: