Eli İnsanov evinden çıxan qızıl külçeleri axtarır
21 Fevral 2014 Cümə 13:34
Bu gün Bakı Apelyasiya Mehkemesinde sabiq sehiyye naziri Eli İnsanovun işi üzre mehkeme prosesi keçirilib.
Bu gün Bakı Apelyasiya Mehkemesinde sabiq sehiyye naziri Eli İnsanovun işi üzre mehkeme prosesi keçirilib. ANS PRESS-in mehkemede olan müxbirinin verdiyi melumata göre, mehkeme zamanı keçmiş sehiyye naziri evinden tapılan qızıl külçelerin mehkemede cinayet işine qatılması barede vesatet qaldırıb.
Bundan başqa, sabiq nazirin vekili Toğrul Babayev emlak Meseleleri Dövlet Komitesinin sedri Kerem Hesenov, sehiyye naziri Oqtay Şireliyev, tehsil naziri Mikayıl Cabbarovun mehkemede iştirakının temin edilmesi ile bağlı vesatet qaldırıb.
Lakin keçmiş nazirin heç bir vesateti qebul olunmayıb.
Qeyd edek ki, bir müddet evvel Ali Mehkemenin Plenumunda sabiq sehiyye naziri Eli İnsanovla bağlı qerarına baxılıb. İş araşdırılması üçün yeniden Bakı Apelyasiya Mehkemesine gönderilib. AİHM öten il martın 14-de Eli İnsanovun iddiası üzre qerarını açıqlayıb. Qerarda Eli İnsanovun İnsan Hüquqları üzre Avropa Konvensiyasının 3-cü maddesi üzre (işgence faktı), 6-cı maddesinin 1-ci ve 3-cü paraqrafları (edaletli mehkeme hüququ) üzre iddiaları temin edilib. Qerarda eyni zamanda Azerbaycan hökumetinin Eli İnsanova 10 min avro mebleğinde kompensasiya ödemeli olduğu da qeyd olunub.
DOSTLARINLA PAYLAŞ: