Əli Həsənov narkotik aludəçisi olan vəzifəli şəxslərdən danışdı
02 May 2014 Cümə 12:26
Baş nazirin müavini Əli Həsənov: Bəzi qurumlar heroin əvəzinə paraşok yandırıblar.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun nakotiklərin yox edilməsin zamanı neqativ hallara yol verildiyini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, komitə sədri ötən il narkotik vasitələrin dövriyyədən çıxarılması zamanı nöqsanlara yol verildiyini söyləyib:
“Bəzi qurumlar heroin əvəzinə paraşok yandırıblar”.
Daha sonra Əli Həsənov narkotik aludəçiləri arasında vəzifəli şəxslərin də olduğunu söyləyib. Əli Həsənov həmin şəxslərin adını açıqlamayıb: “Bu profilaktik tədbir olduğuna görə, həmin şəxslərin adı açıqlanmır”.
DOSTLARINLA PAYLAŞ: