Əli Abbasov mobil danışıq tariflərini aşağı salacaq
17 Aprel 2014 Cümə Axşamı 13:11
Əli Abbasov bildirib ki, mobil operatorları buna məcbur edəcəklər.
“Azərbaycandakı mobil operatorlar danışıq tariflərinin aşağı salınması üçün razılıq vermir”.
ANS PRESS-in məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mobil operatorlar arasında trafiklə mübadilə tarifləri ilin əvvəlində azalıb:
"Bu, son istifadəçiyə göstərilən mobil rabitə xidmətlərinin tariflərinin azalmasına təsir etməlidir. Ancaq təəssüf ki, hələlik bu, baş vermir. Hesab edirik ki, bu, yolverilməzdir, çünki tariflərin tənzimlənməsi Tarif Şurası və Nazirlər Kabineti səviyyəsində həyata keçirilir. Biz qanunvericilik bazasından istifadə edərək operatorlar arasında trafik mübadiləsi tariflərinin dəyərinin müəyyən olunmuş qaydalara uyğun gəlməsi üçün məcburi tədbirlər görəcəyik. Bu isə Azərbaycanda mobil rabitə xidmətləri tariflərinin azalmasına mütləq təsir göstərəcək".
DOSTLARINLA PAYLAŞ: