Elektron xidmetlerin ilk onluğu müeyyenleşdi
08 Fevral 2014 Şənbə 09:53
Tehsil Nazirliyinin “Diplom haqqında melumatlar” elektron xidmeti ilk defe elektron xidmetlerin onluğuna düşüb.
2014-ci ilin ilk elektron xidmetler onluğu müeyyenleşib. ANS PRESS-in Rabite ve İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) saytına istinaden verdiyi melumata göre, Tehsil Nazirliyinin “Diplom haqqında melumatlar” elektron xidmeti ilk defe “Elektron hökumet” portalı vasitesile en çox istifade edilen elektron xidmetlerin onluğuna düşüb. 01.01.2014 – 31.01.2014-cü il dövrü erzinde “Elektron hökumet” portalı vasitesile en çox istifade olunan e-xidmetlerin siyahısında 10-cu yerde qerarlaşan bu xidmete 414 müraciet edilib.
2014-ci ilin ilk onluğunda yer alan diger xidmet techizatçıları Rabite ve İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Dövlet Sosial Müdafie Fondu (DSMF), edliyye Nazirliyi ve Daxili İşler Nazirliyidir. Bele ki, portal vasitesile ilin ilk ayında en çox istifade edilen elektron xidmet “Telefon nömresi üzre axtarış” xidmeti olub ve xidmetden 60821 defe istifade edilib.
Rabite ve İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) terefinden teqdim edilen bu xidmetin ardınca portalda birinci ay erzinde en çox istifade olunan e-xidmetlerin siyahısında Dövlet Sosial Müdafie Fondu (DSMF) yer alır. Fondun bu defe “Sığortaedenin uçot nömresinin öyrenilmesi” xidmetine telebat artıb ki, xidmetden istifade meqsedile de 4260 müraciet olub.
Siyahıda növbeti yerler de Dövlet Sosial Müdafie Fonduna mexsusdur. Fondun “Pensiya kalkulyatoru” xidmetine 1597, “Pensiyaçıya melumatların verilmesi” xidmetine ise 1583 müraciet edilib. Portalda teqdim etdiyi elektron xidmetlere göre feallığı ile seçilen DSMF-den sonra “Elektron hökumet” istifadeçilerinin müraciet etdiyi növbeti xidmet edliyye Nazirliyine aiddir. Nazirliyin “Azerbaycan adları barede melumatın verilmesi” elektron xidmetine bir ayda 870 defe müraciet edilib ki, bu xidmet de istifadeçi sayına göre siyahıda 5-ci yeri tutur. Daha evvelki siyahıda 7-ci yer almış bu xidmetin ardınca – 6-cı yerde ise Daxili İşler Nazirliyinin (DİN) “FİN-e göre ferdi melumatların axtarışı” xidmeti gelir ki, bu xidmet üzre 1 ayda qeyde alınan müracietlerin sayı da 746-dır. Onluqda növbeti yer de DİN-e mexsusdur.
Nazirliyin teqdim etdiyi “Yol hereketi qaydalarının pozuntusu ile elaqedar tetbiq edilen cerimeler ve cerime balları barede melumatlar” elektron xidmetine cari ilin ilk ayında 652 müraciet edilib. Öten siyahıda olduğu kimi, bu defe de 8-ci yerde qerarlaşan Rabite ve İnformasiya Texnologiyaları Nazirliyinin “Vetendaşın ferdi melumatları barede arayış” xidmeti daha çox telebat duyulan elektron xidmetlerin sırasına daxildir. Bu xidmet üzre portala edilen müracietlerin sayı 1 ay üzre 625-e çatıb. DSMF terefinden teqdim edilen “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmeti de onluğun doqquzuncusudur.
Bu xidmet üzre edilen müracietlerin sayı ise 604-dür. Belelikle, “Ayın en çox telebat duyulan elektron xidmetler siyahısı”nda cemi 5 techizatçının teqdim etdiyi xidmetler yer alıb ki, bu da diger dövlet qurumları terefinden hele de ehalinin telebatına uyğun xidmetlerin teklif edilmediyi anlamına gelir.
Qeyd edek ki, “Elektron hökumet” saytında teqdim edilen xidmetlerden ayda teqriben 50 minden çox insan istifade edir. Nazirler Kabinetinin tesdiq etdiyi siyahıdakı 428 xidmetden 249-u "Elektron hökumet" portalına inteqrasiya edilib. Bu müddet erzinde texminen 820 minden artıq xidmet elektron formada ehaliye gösterilib.
DOSTLARINLA PAYLAŞ: