Eldar və Nigar Heydər Əliyevin abidəsini ziyarət ediblər
16 May 2011 Bazar Ertəsi 12:33
Qaliblər: "Çox sağ olun ki, bu neçə ay ərzində bizimlə oldunuz, bizi tək qoymadız"
Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision" mahnı müsabiqəsindən Azərbaycana qələbə ilə qayıdan təmsilçilərimiz Bakıda Heydər Əliyevin abidəsini ziyarət ediblər. ANS PRESS-in məlumatına görə, bu gün səhər Vətənə qayıdan qaliblərin ilk gördüyü iş H. Əliyevin abidəsinin önünə gül dəstələri qoymaq olub.

Ziyarətdən sonra Eldar üzünü ictimaiyyətə tutaraq belə deyib: "Bu, təkcə Nigarla mənim qələbəmiz deyil, bütün Azərbaycanın qələbəsidir".

Böyük fanat ordusu ilə qarşılaşan Eldar və Nigar jurnalistlərin suallarını qısaca belə cavablandırıblar:
"Çox sağ olun ki, bu neçə ay ərzində bizimlə oldunuz, bizi tək qoymadız. Sabah keçiriləcək mətbuat konfransında sizi gözləyirik".

Qeyd edək ki, sabah Eldar və Nigarın mətbuat konfransı olacaq. Qaliblər jurnalistləri maraqlandıran bütün suallara cavab verəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar