Elçin Behbudov: “Bu il Azərbaycanda 6 nəfər işgəncələrin qurbanı olub”
07 Dekabr 2009 Bazar Ertəsi 13:45
“2009-cu ildə Azərbaycanda 6 nəfər işgəncələrin qurbanı olub”.
“2009-cu ildə Azərbaycanda 6 nəfər işgəncələrin qurbanı olub”. APA-nın məlumatına görə, bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov BMT-nin İşgəncələrə qarşı Komitəsinə Azərbaycanda insan hüquq və azadlıqlarına dair təqdim etdiyi hesabatla bağlı keçirdiyi mətbuat konfransında məlumat verib. BMT-nin İşgəncələrə qarşı Komitəsinə Azərbaycanda insan hüquq və azadlıqlarına dair tənqidi hesabat təqdim etdiyini vurğulayan E. Behbudov, 2009-cu ilin 10 ayı ərzində 110 ölkə vətəndaşının işgəncə faktı ilə bağlı komitəyə müraciət ünvanladığını açıqlayıb. İşgəncəyə məruz qalan şəxslər haqqında danışmayan hüquq müdafiəçisi bunu həmin şəxslərin təhlükəsizliyi ilə əlaqələndirib: “Təəssüfləndirici haldır ki, bu il ölkəmizdə 6 nəfər işgəncələrin qurbanı olub. Onlardan üçü sırf işgəncə nəticəsində dünyasını dəyişib. Digər üç nəfər isə verilmiş işgəncələrdən sonra özünü öldürüb”.

Azərbaycanda ən çox işgəncə faktlarının güc strukturlarında ibtidai istintaq zamanı qeydə alındığına diqqət çəkən E. Behbudov işgəncəyə məruz qalan bəzi vətəndaşların videogörüntülərini də nümayiş etdirib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar