"El" jurnalı "Canlı simalar" fotolayihəsini təqdim edir
20 May 2011 Cümə 15:44
Təqdimat mərasimi "Grand-Hotel Evrope" otelində gerçəkləşəcək
28 May Respublika günü münasibəti ilə bu gün Bakıda "Grand-Hotel Evrope" otelində Azərbaycanın ən populyar "El" publisistik dərgisi "Canlı simalar" fotolayihəsinin təqdimat gecəsi keçiriləcək. ANS PRESS-in məlumatına görə, tədbirdə dərginin nəşr edildiyi gündən bu günədək həyata keçirdiyi fotolayihələr nümayiş olunacaq. Gecəyə Azərbaycanın məşhur simaları, ziyalıları, xalq artistləri, həmçinin, dövlət xadimləri dəvətlidirlər. Tədbir boyu tanınmış müğənnilərin çıxışları olacaq.
ANS Press Nəşriyyat Evinin "EL" dərgisi tariximiz və mədəniyyətimizlə bağlı yazıları ilə oxucuların dərin rəğbətini qazanıb. Dərgidə cəmiyyətimizdə tanınmış şəxslərlə müsahibələr verilir, mədəniyyətimizdə, ictimai həyatımızda, tariximizdə iz qoyan simaların övladları tərəfindən xatirələr söylənilir. 1920 -1937-ci illərdə repressiya qurbanlarının acı taleyi sənədlər əsasında qələmə alınır."EL" ən çox maraq doğuran rubrikalarından biri fotolayihədir. Bu rubrikada dünya şöhrətli şəxslərin, klassik bədii əsər qəhrəmanlarının, təsviri sənət portretlərinin fotooxşarı bu gün populyar şəxslərin zahiri görünüşlərini orijinala uyğunlaşdırmaq vasitəsiylə yaradılır.
DOSTLARINLA PAYLAŞ: