Əkrəm Əylisli Nobel mükafatına namizəddi?
11 Mart 2014 Çərşənbə Axşamı 17:25
Əkrəm Əylisli telefonla danışığında bu xəbər haqqında dünən məlumat aldığını bildirdi.
Azərbaycanlı yazıçı Əkrəm Əylislinin dünyanın bir sıra ictimai xadimləri tərəfindən 2014-cü il Nobel sülh mükafatına namizəd göstərilməsi ölkədə böyük ayiotaj yaradıb.
Əkrəm Əylisli telefonla danışığında bu xəbər haqqında dünən məlumat aldığını bildirdi və qeyd etdi ki, o, çox böyük qürur hissi keçirir ki, düşmən olan iki ölkənin – Azərbaycanla Ermənistanın dostluğuna zərrə qədər öz köməyini göstərir.
“Siz doğrudanmı Nobül mükafatı alacağına inanırsınız?” sualına Əkrəm Əylisli belə cavab verdi: “Novel mükafatı almaq mənim üçün önəmli deyil, önəmli olan Dağlıq Qarabağ probleminin çözülməsi yolunda bir işıq ucunun görünməsidir.
Əkrəm Əylisli Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyindən bu məsələ ilə bağlı onunla əlaqə yaratmamaqlarını “Onların mənim yaradıcılığıma, özümə mövqeləri aydındır” sözlərini dedi və əlavə etdi ki, AYB-dən heç nə gözləmir. “Əsas odur ki, Azərbaycan ədəbiyyatı haqqında dünya xalqları, dünya yazıçıları yeni bilgi toplasınlar və adımız dünya yazarlarının cərgəsinə qoşulsun”.
Xatırladaq ki, 2012-ci ilin dekabrında Əkrəm Əylisli “Daş yuxular” romanını nəşr edib. Romanda ermənilərə qarşı törədilən qırğınlardan bəhs olunur. Yazıçı bu romanı 2006-cı ildə yazdığını söyləyib. Roman yayıldıqdan sonra Ə. Əylisli “Azərbaycanın xalq yazıçısı” adından və fəxri təqaüddən məhrum edilib.
DOSTLARINLA PAYLAŞ: