Ekonomist analitik jurnalının növbəti sayı çapdan çıxıb
11 Aprel 2011 Bazar Ertəsi 11:58
Azərbaycanın «Ekonomist» MMC-nin təsis etdiyi «Ekonomist» aylıq analitik jurnalının növbəti buraxılışı çapdan çıxıb.


«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 14 buraxılışı işıq üzü görüb.

«Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayı əsasən turizm sahəsinə həsr olunub ki, buda 2011-ci ilin ölkədə Turizm İli elan edilməsi ilə bağlıdır. Jurnalda bu sahə üzrə bir neçə məqalə iqtisadiyyatın bu vacib sektorunda mövcud olan bir sıra ciddi problemləri araşdırılır. Bundan başqa bank sektoruna və sığorta bazarına aid analitik məqalələr də oxucular diqqətinə təqdim olunub.

Qeyd edək ki, «Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 5 min tirajla, A4 formatında nəşr olunur.

Redaksiyanın telefon nömrələri: (+994 12) 596 33 57/58, (+99412) 493 83 80.

Əlaqələndirici şəxslər: Vüqar Mustafayev (+994 50) 316 24 64, Nazilə Uspatova (+994 50) 397 50 47.


DOSTLARINLA PAYLAŞ:

oyunlar