Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Nazirlik dekabrın birinci ongünlüyün sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyini bildirib. “Yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Temperaturlar ötən günlərə nisbətən aşağı enəcək”.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur.
Qeyd edək ki, dekabrın 8,9-u və 10-da Bakıda və Abşeron yarmadasında şimal küləyi əsəcək, arabir yağış yağacaq. Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. ANSPRESS
Ekologiya Nazirliyi xəbərdarlıq etdi
Ekologiya Nazirliyi xəbərdarlıq etdi. Temperaturlar aşağı enəcək, çaylarda sululuq artacaq.




Şərhlər