Ekologiya Nazirliyi güclü külək barədə xəbərdarlıq edib
10 Mart 2010 Çərşənbə 14:05
Küləyin sürəti 30-33 m/s-dək güclənəcək
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti olacaq, arabir açılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, günün əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 10-15 m/s təşkil edəcək, arabir 18 m/s-dək artacaq, gündüz 15-20 m/s, arabir 23-28 m/s olacaq, günün ikinci yarısında yarımadanın bəzi yerlərində 30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Martın 11-də hava şəraitinin buludlu olacağı, axşam və gecə bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcək, gündüz 10-15 m/s-dək mülayimləşəcək, günün ikinci yarısında cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 16-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.
Martın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 9-13 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacaq. Çiskinli az yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyinin sürəti 7-12 m/s olacaq, arabir 18-23 m/s-dək , ayrı-ayrı yerlərdə 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq. 11-12 martda hava şəraitinin bəzi yerlərdə dumanlı keçəcəyi, yağış yağacağı, 12-də gündüz əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyinin surəti 7-12 m/s olacaq, arabir 18-23 m/s-dək, ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, martın 12-də 14-16 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 4-6 dərəcə isti təşkil edəcək.
Nazirlik martın 10-da, 11-də gecə və səhər güclü şimal-qərb küləyinin, 11-də gündüz, 12-də güclü cənub qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə 30-33 m/s-dək güclənəcəyi barədə xəbərdarlıq edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: