Ölkə

Ekologiya naziri səmanın rənginə münasibət bildirdi

"Səmanın qeyri-adi rəngdə olmasının səbəbi Günəşdəki maqnit tufanıdır"

· Xəbərçi
Ekologiya naziri səmanın rənginə münasibət bildirdi
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu gün Bakı səmasında müşahidə olunan anomal havaya münasibət bildirib. Onun sözlərinə görə, səmanın qeyri-adi rəngdə olmasının səbəbi Günəşdəki maqnit tufanıdır: "Maqnit dalğaları göyün yuxarı qatlarında suyun ionlaşmasına səbəb olub. Ona görə də səma belə rəng alıb".

Nazirin sözlərinə görə, bu hava insan orqanizmi üçün təhlükəli deyil

Bakıya çirkli yağışların yağmasına gəldikdə isə nazir bunu Ərəbistan səhralarındakı tox burulğanı ilə əlaqələndirib: "Son zamanlar belə hallar çoxalıb. Adətən palçıqlı yağış Azərbaycanda iki-üç ildən bir baş verib. Əfqanıstan, Pakistan, Ərəbistanda toz burulğanları ilə yüksək təbəqələrə qalxan xırda hissəciklər hava axınları ilə yayılır".

Nazir bu yaxınlarda Almaniyada da toz çovğunu baş verməsini də misal kimi göstərib.

Şərhlər