Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılıb.
Sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb. ANSPRESS
Əhmədlidə yeni xəstəxana tikiləcək
Bunun üçün Prezidentinin ehtiyat fondundan 1,5 milyon manat məbləğində vəsait ayrılıb.




Şərhlər